Bizim Haqqımızda

FOOD PORT HAQQINDA

Bu sahədə təcrübəmiz o qədər çox olmasa da, bazar tələbatlarını, eləcə də təklif olunan məhsulun növlərini və keyfiyyət standartlarını tam olaraq təhlil etmişik. Şirkətimiz əməkdaşlıq etdiyi istehsalçılar ən yüksək dünya standartlarına uyğun olan istehsalçılar siyahısının liderləridir..

Qarşımızdakı məqsəd – bütün müştərilərimizlə sıx əlaqə yaratmaq, daimi müştərilərimizə isə xüsusi diqqət yetirməkdir. Hər bir tələbə cavab verib, hər bir müştəriyə fərdi yanaşmağa çalışırıq. Şirkətimiz minimal qiymətə geniş çeşiddə ət məhsullarını təqdim edir, daimi olaraq bazarın və ət istehsalı sahəsində yeniliklərin təhlilini aparır.

Komandamızın üzvləri bütün ət növləri üzrə peşəkar və xüsusi biliklərə malik olan əməkdaşlardır. Biz ekspert səviyyəli kadr hazırlayırıq və hər bir mütəxəssisimizin bilik və bacarıqları ən yüksək qiymətlərə layiqdir. Bizim hədəfimiz sizə sadəcə məhsulumuzu satmaqla bitmir; əsas məqsəd odur ki, etdiyiniz seçimdən peşman olmayıb, yenidən bizə müraciət edəsiniz.

Niyə Bizi Seçməlisiniz?

SEÇİM


Hər birimiz, seçim edərkən, hər zaman özümüzə bir sual veririrk – niyə məhz bu seçimi etmişik. Adətən, daha ucuz və ya daha keyfiyyətli məhsula üstünlük verilir. Biz bu iki tələbə cavab tapmışıq. Məhsulumuz daha ucuz və daha keyfiyyətli olduğuna görə, müştərilərimiz bizi seçirlər.

Biz sizə dadlı, keyfiyyətli və çox münasib qiymətli ət təklif edirik. Şirkətimizin siyasəti ondan ibarətdir ki, müştərilərimizə minimal qiymətə geniş çeşiddə ət məhsullarını təqdim edək.



Məhsullarımız

BİZİM BÜTÜN MƏHSULLARIMIZ

Ölkələr

Yerli istehsalı olan ət məhsulları

 Ət biznesi ilə məşğul olarkən, Bərdə şəhərindən təzə ətin gətirilməsi bizim üçün əsas götürülmüşdür.

Yaxşı mal əti hər zaman mətbəxdə öz yerini tapar. Şəhərimizin bütün qabaqcıl restoranları bu olduqca dadlı və piysiz ətə üstünlük verir. Biz illərlə təcrübəsi olan istehsalçıların yalnız keyfiyyətli ətini təklif edirik.

Eyni zamanda milli yeməklərimizin əsası olan qoyun ətini də təklif edirik. Həqiqətən keyfiyyətli qoyun ətini tapmaq o qədər asan deyil. Yalnız bizdən aldığınız ətin keyfiyyəti və dadından tam olaraq razı qalacaqsınız.
 

Ukrayna istehsalı olan ət məhsulları

Şirkətimiz xarici ölkələrdə istehsal edilmiş müxtəlif növ ət çeşidlərinin topdan satışı ilə məşğuldur. Bu ölkələrdən biri də Ukraynadır. Təcrübəmiz göstərir ki, bu ətin keyfiyyətli olmasına tam zəmanət vermək olar. Prime və Choice kateqoriyalı steykların istehsalı zamanı duz kamerasında ən azı 28 günlük quru yaşlanma tətbiq edilir, bunun üçün heyvan karkasının 10%-dən çox olmayan hissəsindən istifadə olunur. Ətin daşınması həyata keçirilərkən bütün normativ və tələblərə tam olaraq əməl edilir. Şirkətimiz müasir və xüsusi təyinatlı avtonəqliyatdan istifadə edir, avtomobillərimiz ətin uzun müddətli daşınması zamanı müxtəlif temperatur rejimlərinin saxlanmasını dəstəkləyən soyuducu avadanlıqlarla təchiz olunmuşdur. Ət fərdi vakuum paketlərə qablaşdırılır və ən yüksək standartlara cavab verir. Təklif etdiyimiz ət məhsullarından dadın və özünüz onun keyfiyyəti və tamına qiymət verin.

Belarusiya istehsalı olan ət məhsulları

Sizə “Dımov” Şirkətinin məhsullarlnl təqdim edirik. Bu şirkət kolbasa və ət delikatesləri istehsalçəlar sırasinda ən nəhənglərdən biri sayılır. Bu şirkət istehsal prosessində ən müasir texnologiyalar tətbiq edir və daima yüksək keyfiyyət standartlarına cavab verir, buna görə də hisəverilmiş ət məhsulları istehsalçıları siyahısında qabaqçıllar sırasındadır

Rusiya istehsalı olan ət məhsulları

Rusiya bazarını tam öyrəndikdən sonar belə qərara gəldik ki, Miratorq Şirkətinin məhsulu bizim tələblərimizi qane edir. Hal-hazırda bu şirkət Rusiyanın ət və ət yarımfabrikatları bazarında ən nəhəng istehsalçılardan biridir.

Əsas diqqəti mərmər sortlu mal ətinə yönəldirik. Bo sort adını mərmərə oxşayan əzələ toxuması içərisindəki yağlı təbəqələrə görə almışdır. Inanılmaz dad və yumşağlığa malik olan mərmər mal əti müxtəlif dərəcəli qovurmaq nəticəsində öz xüsusiyyətləri itirmir.

Bu məhsul vasitəsilə əzizlərinizi istənilən vaxt dadlı steyklərə qonaq edə bilərsiniz.

Amerika istehsalı olan ət məhsullarıq

Yerli istehsalçılar və yaxın ölkələrdən əlavə, Şirkətimiz Black-Angus sortlu mərmər mal ətinin təchizatı ilə də məşğuldur. Bu sort ət ölkəmizə ABŞ-dan gətirilir. Əgər Siz bilmirsinizsə, bu sort ət nə deməkdir – istədiyiniz aşbaza sual verin. Bütün aşbazlar bir nəfər kimi söyləyəcəklər ki, klassik steyk hazırlamaq üçün sadə mal əti deyil, unikal mərmər mal ətindən istifadə etmək lazımdır.
Black-Angus elit qara buynuzsuz boğalar sortunun əti mərmər ətinin alınması üçün ən yaxşı hesab edilir. Black-Angus sortu dadına görə də bütün digər mal əti sortlarından qat-qat üstündür.


Bizim Xəbərlər

SON XƏBƏRLƏR




Uğurlu! Mesajınız bizə göndərildi.
Səhv! Mesajınızı göndərən səhv aşkərlandı.

Əlaqə

Hər an əlaqədə ol

Web səhifəmizin mesaj bölümü vasitəsi ilə Şirkətimiz haqqında, məhsullarımız, qiymətlər, təkliflər və digər Sizi maraqlandıran suallarınız yarandıqda məlumat əldə edə bilərsiniz.


Bizim Ofis

  • Ünva: Ünvan: Bakı şəh. Səid Rüstəmov 6a
  • Telefon: +99412-497-1255
  • Mobil: +99450-222-73-73
  • Email: office@foodport.az

İş Saatları

  • Bazar ertəsi - Cümə: 9:00 - 18:00
  • Şənbə: 09:00 - 15:00
  • Bazar: Bağlı