BİZ KİMİK?

Şirkətimiz 2017-ci ildən fəaliyyətdədir. Biz bazar tələbatlarını, eləcə də təklif olunan məhsulun növlərini və keyfiyyət standartlarını tam olaraq təhlil etmişik. Şirkətimizin əməkdaşlıq etdiyi istehsalçılar ən yüksək dünya standartlarına uyğun olan istehsalçılar siyahısının liderləridir.

Qarşımızdakı məqsəd – bütün müştərilərimizlə sıx əlaqə yaratmaq, daimi müştərilərimizə isə xüsusi diqqət yetirməkdir. Hər bir tələbə cavab verib, hər bir müştəriyə fərdi yanaşmağa çalışırıq. Şirkətimiz minimal qiymətə geniş çeşiddə ət məhsullarını təqdim edir, daimi olaraq bazarın və ət istehsalı sahəsində yeniliklərin təhlilini aparır.

Komandamızın üzvləri bütün ət növləri üzrə peşəkar və xüsusi biliklərə malik olan əməkdaşlardır. Biz ekspert səviyyəli kadr hazırlayırıq və hər bir mütəxəssisimizin bilik və bacarıqları ən yüksək qiymətlərə layiqdir. Bizim hədəfimiz sizə sadəcə məhsulumuzu satmaqla bitmir; əsas məqsəd odur ki, etdiyiniz seçimdən peşman olmayıb, yenidən bizə müraciət edəsiniz.