YERLİ İSTEHSAL OLAN ƏT MƏHSULLARI

Ət biznesi ilə məşğul olarkən Bərdə şəhərindən təzə ətin gətirilməsi bizim üçün əsas götürülmüşdür. Yaxşı mal əti hər zaman mətbəxdə öz yerini tapar. Şəhərimizin bütün qabaqcıl restoranları bu olduqca dadlı və piysiz ətə üstünlük verir. Biz illərlə təcrübəsi olan istehsalçıların yalnız keyfiyyətli ətini təklif edirik.

Eyni zamanda milli yeməklərimizin əsası olan qoyun ətini də təklif edirik. Həqiqətən, keyfiyyətli qoyun ətini tapmaq o qədər asan deyil. Yalnız bizdən aldığınız ətin keyfiyyəti və dadından tam olaraq razı qalacaqsınız.

UKRAYNA İSTEHSALI OLAN ƏT MƏHSULLARI

Şirkətimiz xarici ölkələrdə istehsal edilmiş müxtəlif növ ət çeşidlərinin topdan satışı ilə məşğuldur. Bu ölkələrdən biri də Ukraynadır. Təcrübəmiz göstərir ki, bu ətin keyfiyyətli olmasına tam zəmanət vermək olar. Prime və Choice kateqoriyalı steyklərin istehsalı zamanı duz kamerasında ən azı 28 günlük quru yaşlanma tətbiq edilir, bunun üçün heyvan karkasının 10%-dən çox olmayan hissəsindən istifadə olunur. Ətin daşınması həyata keçirilərkən bütün normativ və tələblərə tam olaraq əməl edilir. Şirkətimiz müasir və xüsusi təyinatlı avtonəqliyyat vasitələrindən istifadə edir; avtomobillərimiz ətin uzun müddətli daşınması zamanı müxtəlif temperatur rejimlərinin saxlanmasını dəstəkləyən soyuducu avadanlıqlarla təchiz olunmuşdur. Ət fərdi vakuum paketlərdə qablaşdırılır və ən yüksək standartlara cavab verir. Təklif etdiyimiz ət məhsullarından dadın və özünüz onun keyfiyyəti və tamına qiymət verin.

BELARUSDA İSTEHSAL OLUNAN ƏT MƏHSULLARI

Sizə “Dımov” Şirkətinin məhsullarını təqdim edirik. Bu şirkət kolbasa və ət delikatesləri istehsalçıları arasında ən nəhənglərdən biri sayılır. Bu şirkət istehsal prossesində ən müasir texnologiyaları tətbiq edir və daima yüksək keyfiyyət standartlarına cavab verir, buna görə də hisə verilmiş ət məhsulları istehsalçıları siyahısında qabaqcıllar sırasındadır.

RUSİYA İSTEHSALI OLAN ƏT MƏHSULLARI

Rusiya bazarını tam öyrəndikdən sonra belə qərara gəldik ki, Miratorq Şirkətinin məhsulu bizim tələblərimizə cavab verir. Hal-hazırda bu şirkət Rusiyanın ət və ət yarımfabrikatları bazarında ən nəhəng istehsalçılardan biridir.

Əsas diqqəti mərmər sortlu mal ətinə yönəldirik. Bu sort adını mərmərə oxşayan əzələ toxuması içərisindəki yağlı təbəqələrə görə almışdır. İnanılmaz dad və yumşaqlığa malik olan mərmər mal əti müxtəlif dərəcəli qovrulma nəticəsində öz xüsusiyyətləri itirmir. Bu məhsul vasitəsilə əzizlərinizi istənilən vaxt dadlı steyklərə qonaq edə bilərsiniz.

AMERİKA İSTEHSALI OLAN ƏT MƏHSULLARI

Yerli istehsalçılar və yaxın ölkələrdən əlavə Şirkətimiz Black-Angus sortlu mərmər mal ətinin təchizatı ilə də məşğuldur. Bu sort ət ölkəmizə ABŞ-dan gətirilir. Əgər Siz bu sort ətin nə olduğunu bilmirsinizsə, istədiyiniz aşpaza sual verin. Bütün aşpazlar bir nəfər kimi söyləyəcəklər ki, klassik steyk hazırlamaq üçün sadə mal əti deyil, unikal mərmər mal ətindən istifadə etmək lazımdır. Black-Angus elit qara buynuzsuz boğalar sortunun əti mərmər ətinin alınması üçün ən yaxşı hesab edilir. Black-Angus sortu dadına görə də bütün digər mal əti sortlarından qat-qat üstündür.